Jalə Əsədova

Sual: Salam. Mən Odlar Yurdu universitetinin Filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakultəsində oxuyuram. Praktika ilə bağlı sizlə danışmaq istəyirdim. 4cü kursam, sizdə praktika keçən tələbələr olur?

Cavab: Salam, Jalə xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz ryl.az@mail.ru

Fatimə Qəribova

Sual: Salam. Ozumuzle kitab getirib oxumaq mumkundur kitabxanada? Saat neceye kimi aciq olur kitabxana?

Cavab: Salam, Fatimə xanım. Bəli, gələ bilərsiniz. Oxu zalımızda əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə ici saat 09:00dan 17:30 dək fəaliyyət göstərir.

Nilufər İsmayilli

Sual: Salam, dünya ədəbiyyatından olan əsərlərə qulaq asmaq istəyirəm var?

Cavab: Salam, Nilufər xanım. Kitabxanamızın saytına daxil olun və oradan Elektron xidmətlər bölməsinə keçid edib daha sonra səsli dinləmə bölməsinə daxil olaraq isdədiyiniz kitabı dinləyə bilərsiniz.

elmir

Sual: İnşaat materialları və məmulatları N.M AAgabəyli

Cavab: Salam, Elmir bəy. Təəssüf ki, kitabxanamızda o kitab mövcud deyildir. Eyni mövzuda digər kitab əldə etmək üçün kitabxanamıza yaxınlaşa bilərsiniz.

Qiyaslı Fidan

Sual: Salam.Kitabxanın səsli şəkildə səsləndirilən kitablar siyahısına daxil olaraq bir neçə kitabıda mən səsləndirmək istərdim.Əgər buna ehtiyac olarsa geri dönüş etmənizi xahiş edirəm.

Cavab: Salam, Fidan xanım. Təklifinizə görə təşəkkür edirik.

Cəbrayıl Məlikov

Sual: Salam. Mənə Xəlil Cübranın Peyğəmbər əsəri lazımdır.

Cavab: Salam, Cəbrayıl bəy. Bəli, kitabxanamızda Xəlil Cübranın "Peyğəmbər" kitabı mövcuddur. Kitablar yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

İlknur Abdurahmanova

Sual: Salam. Şəxsiyyət vəsiqəsindən başqa hansı sənədlə kitab götürmək olar?

Cavab: Salam, İlknur xanım. Kitablar yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Amalya Mustafa

Sual: Kitabxananın iş saatları ilə maraqlanırdım. Bu barədə məlumat verə bilərsinizmi?

Cavab: Salam, Amalya xanım. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 17:30-a kiimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

ABDULLAH

Sual: Messi Goat

Fizzə Tağıyeva

Sual: Salam, Fərman Kərimzadənin “Qanlı Aşırım” adlı kitabı var?

Cavab: Salam, Fizzə xanım. Fərman Kərimzadənin "Qarlı aşırım" kitabı kitabxanamızda mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()