Paylaş:
QALİB XALQIN ZƏFƏR YOLU
44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın iftixar və qürur mənbəyidir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Qalib Xalqın Zəfər Yolu" adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibədən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış "8 Noyabr - Zəfər günü" biblioqrafik vəsait sərgilənməkdədir.